Fələstinin HƏMAS hərəkatı Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üç mərhələli planını rədd edib.

Bu barədə İsrailin “Times of Israel” qəzeti Misir dövlət informasiya xidmətinin rəhbəri Diaa Rəşvana istinadən yazır.

“Həmas və Fələstin İslami Cihadının planı rədd etdiyi bildirilir”, - deyə mənbə bildirib.

Bundan əvvəl Misir İsraillə Fələstinin HƏMAS qruplaşması arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif etmişdi. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.

Misirin təşəbbüsü üç mərhələdə döyüşləri bitirmək və qalan bütün girovları azad etmək planıdır.

Birinci mərhələ 40 girovun - qadınların, azyaşlıların və qocaların, xüsusən də xəstələrin azad edilməsi müqabilində üç və ya dördə qədər uzanma ehtimalı ilə iki həftəlik hərbi əməliyyatların dayandırılmasıdır. Bunun müqabilində İsrail 120 fələstinli məhbusu azad edəcək. Bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq, İsrail tankları geri çəkiləcək və Qəzzaya humanitar yardımlar gələcək.

İkinci mərhələdə İordan çayının qərb sahilində və Qəzza zolağında anklavın yenidən qurulmasına nəzarət edəcək və Fələstində parlament və prezident seçkilərinə yol açacaq texnokratik hökumət formalaşacaq.

Üçüncü mərhələ hərtərəfli atəşkəs, HƏMAS və Fələstin İslami Cihad terror qruplaşması ilə əlaqəli İsrail həbsxanalarında olan fələstinli məhbusların əvəzində əsgərlər də daxil olmaqla qalan israilli girovların azad edilməsini əhatə edəcək. Bu mərhələdə İsrail Qəzza zolağının şəhərlərindən qoşunlarını çıxaracaq və anklavın şimalından köçkün düşmüş Qəzza zolağı sakinlərinin öz evlərinə qayıtmasına icazə verəcək.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN