Ermənistanın Vaşinqtondakı səfiri Lilit Makunts ümid etdiyini bildirib ki, respublikanın ABŞ ilə münasibətləri gələn ildə möhkəmlənəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz 2024-cü ildə daha güclü erməni-amerikan tərəfdaşlığına ümid edirik”, - Makunts ABŞ dövlət katibi Antoni Blinkenlə diplomatik missiyaların rəhbərlərinin şərəfinə verilən bayram ziyafətindən sonra qeyd edib.

O, Blinken və onun həyat yoldaşı xanım Evan Rayan tərəfindən təşkil edilən qəbulu isti münasibət kimi qiymətləndirib.

Bir gün əvvəl Bakı Vaşinqtonun münasibətlərdə müsbət addımlar atacağını gözlədiklərini bəyan etmişdi. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, oktyabrda ABŞ-la münasibətləri “gərgin” kimi qiymətləndirmək olar. Nazir qeyd edib ki, bu, respublikanın hakimiyyət orqanlarının təşəbbüsü deyil, Dövlət Departamentinin nümayəndəsinin Azərbaycan əleyhinə bəyanatlarının nəticəsidir. C.Bayramov qeyd edib ki, Vaşinqton ikitərəfli münasibətlərin sabitləşməsinə yönəlmiş addımlar atıb.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN