Polşa Xarici İşlər Nazirliyi raket insidentinə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb.

Bu barədə respublika Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Axşam xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Ordaşa zəng edərək ona nota verib. Xarici İşlər Nazirliyi qanadlı raketlə Polşanın hava məkanını işğal etməsi ilə bağlı insidenti izah etməyi və bu cür hərəkətləri dərhal dayandırmağı tələb edir", - mətndə qeyd olunur.

Dekabrın 29-da Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı Ukrayna ərazisindən naməlum uçan obyektin respublikanın hava məkanına daxil olması barədə məlumat yayıb. Polşa prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Wieslaw Kukula ölkənin hava sərhədlərinin müvəqqəti olaraq Rusiya raketi ilə pozulduğunu iddia edib.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN