Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı iki nəfər ölüb.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

İşikava prefekturasının polisinə görə, iki nəfər "ürək və ağciyər tutulması vəziyyətində" dağılmış yaşayış binalarının dağıntıları altından çıxarılıb - bunu Yaponiyada klinik ölüm adlandırırlar ki, buna yalnız həkimlər diaqnoz qoymaq hüququna malikdir.

Bunlar 2024-cü ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə zəlzələlərin ilk qurbanlarıdır.

Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Bir neçə belə hadisədə bu evlərin sakinləri dağıntılar altında qalıb - xilasetmə xidmətləri yerində işləyir.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN