booked.net booked.net  

Respublikaçılar ABŞ prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) xaricə ixracını qadağan etmək qərarını Rusiya lideri Vladimir Putinə hədiyyə adlandırıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Foreign Policy2 (FP) yazır.

“Bayden administrasiyasının ABŞ-ın yeni LNG ixrac müqavilələri üçün təsdiqləri dayandırması respublikaçıları hiddətləndirdi. Bunu Putinə hədiyyə adlandıraraq, onların fikrincə, ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyini təhdid edən bu addıma qarşı çıxdılar”, - materialda deyilir.

Məqalə müəllifi onu da qeyd edib ki, Amerika liderinin qərarı Avropa və Asiyada tənqid olunub. ABŞ-ın Avropa və Asiya tərəfdaşlarının fikrincə, LNG ixracına qoyulan qadağa onların alternativ enerji mənbələri tapmaq imkanlarını təhlükə altına qoya bilər.

Yanvarın 26-da Bayden ABŞ-dan qaz ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurunun dayandırıldığını elan etdi. O, bu addımını iqlim dəyişikliyi ilə bağlı vəziyyətlə izah edib. ABŞ Konqresi prezidentin LNG ilə bağlı qərarını iyrənc uğursuzluq adlandırıb.

​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN