booked.net booked.net  

Türkiyə bölgədəki hərbi mövcudluğu ilə Fələstinə sülhün təminatçısı olmağa hazır olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə həmçinin qeyd edir ki, humanitar, siyasi və hərbi mövcudluğu ilə Fələstin tərəfində sülhün təminatçılarından biri olmağa hazırdır”.

Nəşr onu da yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin-İsrail beynəlxalq sülh konfransı təşkil etmək təklifi dünya gündəminə gətiriləcək. Bölgədəki bütün effektiv “oyunçular” orada iştirak etməyə dəvət olunur.

Bundan əvvəl Avstraliyanın Sidney şəhərində bir neçə min insanın Fələstinə dəstək aksiyası keçirdiyi bildirilirdi. Nümayişçilər Avstraliya hakimiyyətindən İsrailə yardımı dayandırmağı tələb ediblər.

​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN