booked.net booked.net  

Tərtərin Qızıloba kəndində minaya düşən rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlunun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Tezadlar.az bildirir ki, gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub. Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Bu da Ermənistanı müdafiə edən Makronlara sübut. Terrorçu və mina təhlükəli bir ölkəni hara qədər müdafiə edəcəksiniz?

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN