booked.net booked.net  

Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada 5 nəfər yaralanıb.

TEZADLAR.AZ xəbər verir ki, yolun Quba rayonu ərazisində keçən hissəsində Rüstəm Rüstəmov və Qahir Süleymanovun idarə etdiyi “Opel” və “VAZ 2109” markalı avtomobillər toqquşub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Qəza zamanı avtomobillərdə olan Zülfüqarov Elzamin Seyfulla oğlu, Balayev Nurlan Cavanşir oğlu, Əlixanov Elnur Ərəstun oğlu, Əliyev Nazif Nəriman oğlu və Süleymanov Qahir Asəf oğlu xəsarət alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Toqquşma nəticəsində minik maşınında sıxılmış vəziyyətdə qalan sərnişin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN