booked.net booked.net  

Gürcüstan sərhəd nəzarətini, yük və sərnişinlərin yoxlanışını xeyli gücləndirib.

Ölkənin hakimiyyət orqanlarının müvafiq qərarını respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Vaxtanq Qomeluari elan edib, - “RİA Novosti” xəbər verir.

Onun sözlərinə görə, hazırda sərhədçilər Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları ilə birlikdə kordonda maksimum nəzarəti təmin edirlər.

“Hər kəs yoxlamadan keçirilir. Sərhəd nəzarəti iki və üç il əvvəlkindən qat-qat sərtdir”, - deyib.

Xəbər verdiyimiz kimi, fevralın 5-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror aktları törətmək üçün Odessadan Voronejə göndərilmiş partlayıcı yükün saxlanılması barədə məlumat yayıb. İdarə izah edib ki, araşdırma zamanı təhlükəsizlik qüvvələri C4 partlayıcısı ilə doldurulmuş və elektromobil üçün akkumulyator kimi maskalanmış 12 ədəd partlayıcı qurğu götürüblər. Dövlət Təhlükəsizliyi Xidməti yüklərin daşınmasında Gürcüstandan 7, Ukraynadan 3, Ermənistandan isə 2 nəfərin iştirak etdiyinə də aydınlıq gətirib.

​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN