booked.net booked.net  

 Seçki prosesini izləmək üçün akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçi 72 beynəlxalq təşkilatı təmsil edir.

TEZADLAR.AZ  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT) Baş katibi Can Minlə görüşdə deyib.

MSK sədri qeyd edib ki, onlar 89 ölkənin vətəndaşlarıdır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN