İsrailin baş naziri Benyamin Netanyahu fevralın 23-də hərbi-siyasi kabinetə Qəzza zolağında müharibədən sonrakı nizamlanma planını təqdim edib, - baş nazirin müşaviri Dmitri Gendelman bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə RBC yazır.

Rəsmi izah edib ki, “HƏMAS-ın ertəsi günü” sənədi mövzu ilə bağlı növbəti müzakirələrdən əvvəl müzakirə üçün əsas kimi bütün kabinet üzvlərinə paylanıb.

Gendelman qeyd edib ki, planın bəndləri arasında qarşıya qoyulmuş məqsədlərə nail olunana qədər müharibənin davam etdirilməsi var: Fələstinin HƏMAS hərəkatının və bir sıra digər təşkilatların hərbi potensialının və güc infrastrukturunun məhv edilməsi, əsirlərin qaytarılması və “Qəzza zolağından gələn təhlükənin uzun müddət qarşısının alınması”.

Bundan əlavə, Netanyahu hesab edir ki, qaçaqmalçılığın ölkəyə girişinin qarşısını almaq üçün ölkə sərhədlərində təhlükəsizlik zonasının saxlanması və regionun Misirlə sərhədində “cənub səddi” yaradılması lazımdır.

Planda həmçinin ictimai asayişin qorunması üçün zəruri olan silahlar istisna olmaqla, anklavın tam demilitarizasiyası nəzərdə tutulur.

Sənədin mühüm məqamları arasında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşlarının 2023-cü il oktyabrın 7-də səhər saatlarında İsrailə hücumda iştirak etdiyinə görə bağlanması da var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN