Rusiya Qərbin sanksiyalarına məharətlə müqavimət göstərir.

Bu barədə polkovnik Duqlas Makqreqor Pentaqonun sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz sanksiyalarla Rusiyaya zərər vurmağa çalışsaq da, o, Qərbə qarşı məharətlə maliyyə müharibəsi aparır”, - deyə keçmiş müşavir yazıb.

Polkovnik qeyd edib ki, bütün BRİKS konsepsiyası bunu istəyən ölkələri ABŞ-ın nəzarətindən çıxarmağa yönəlib. O, hazırda bir çox insanın Amerika hegemonluğundan əl çəkmək istədiyinə də aydınlıq gətirib.

Bundan əvvəl Makqreqor Rusiya-Ukrayna münaqişəsinin nəticəsi barədə danışıb. Onun sözlərinə görə, Kiyev və ABŞ Rusiya ilə qarşıdurmada fəlakətli məğlubiyyətlə üzləşəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN