Ukrayna yazın sonunda Kupyansk və Xarkovu itirə bilər.

Bu barədə Çexiya Ordusunun Baş Qərargahının keçmiş rəisi, general Jiri Şedivi fevralın 26-da “Lidovki”yə müsahibəsində bildirib.

"Görünür, onlar (Rusiya qoşunları) Kupyansk şəhərinin şimalındakı Ukraynanın arxa hissəsinə soxularaq Xarkova qədər irəliləməyə çalışacaqlar. Orada ukraynalılar həqiqətən də yaxalana biləcəkləri bir vəziyyətlə qarşılaşacaqlar", - o qeyd edib.

Şedivi qeyd edib ki, ümumilikdə Ukrayna hərbçiləri cəbhədə çətin vəziyyətlə üzləşiblər. Heç bir şey dəyişməzsə, yazın sonuna qədər ən azı iki yaşayış məntəqəsinin itirilməsi mümkündür.

Bundan əvvəl bildirilib ki, fevralın 26-da Rusiya hərbçiləri Lastochkino kəndini ukraynalı döyüşçülərdən azad edib və bununla da Avdeyevka istiqamətində mövqelərini xeyli yaxşılaşdırıblar.

Xatırladaq ki, fevralın 17-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Avdeyevkanın tam nəzarətə götürülməsi barədə Rusiya prezidenti Vladimir Putinə məruzə etmişdi. Bu şəhər 2014-cü ildən fəaliyyət göstərən Ukrayna Silahlı Qüvvələrinin ən qədim möhkəmləndirilmiş ərazisidir.

Avdeyevka həm də Ukrayna ordusu üçün ən vacib təchizat mərkəzi idi. Qələbə əhəmiyyətinə görə Mariupol və Artemovsk şəhərlərinin azad edilməsi ilə müqayisə edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN