Rusiyanın İrəvandakı səfiri: “Ermənistanın xarici və müdafiə siyasətinin şaxələndirilməsi ilə bağlı danışıqlar Rusiyadan uzaqlaşma kimi qəbul edilir”

Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstana işgüzar səfərə gedib və orada yunan həmkarı Kiriakos Mitsotakislə də görüşəcək.

“Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Yunanıstana işgüzar səfərə gediblər. Səfər çərçivəsində baş nazirin Yunanıstan prezidenti Katerina Sakellaropulou, baş nazir Kiriakos Mitsotakis və parlamentin spikeri Konstantinos Tasulas ilə görüşləri nəzərdə tutulub”, - Paşinyanın mətbuat xidmətindən bildirilib.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin əvvəllər qeyd edib ki, Ermənistanın xarici və müdafiə siyasətinin şaxələndirilməsi ilə bağlı danışıqlar Rusiyadan uzaqlaşma kimi qəbul edilir.

​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN