Rusiya Müdafiə Nazirliyi Avdiyivka istiqamətindəki Severnoye qəsəbəsinin rus ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Qeyd edilir ki, Rusiya ordusu Ukraynada döyüşləri davam etdirir.

“Mərkəzi Qüvvələr Qrupunun bölmələri Avdiyivka istiqamətində Severnoye yaşayış məntəqəsini azad edərək mövqelərini gücləndiriblər'',-deyə açıqlamada qeyd olunub.

Həmçinin Donetsk bölgəsində ABŞ istehsalı olan "Abrams"ın da daxil  olduğu 2 tankın məhv edildiyi, və Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 69 pilotsuz uçuş aparatının (PUA)  "Su-25" tipli döyüş təyyarəsi ilə vurulduğu da bildirilib.

“Hərbi əməliyyatın başladığı gündən bu yana 575 təyyarə, 267 helikopter, 13 523 PUA, 474 hava hücumundan müdafiə raket sistemi, 15 252 tank və zirehli texnika, 1226 reaktiv yaylım atəşi sistemi, 8 176 haubitsa və minaatan ilə  19 138 hərbi maşın məhv edilib”- deyə Rusiya MN vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN