Ukrayna Silahlı Qüvvələri (USQ) Qluşkovski rayonunun Popovo-Lejaçi kəndini 5 dəfə atəşə tutub, 1 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Telegram kanalında yazıb.
"Bu gün Qluşkovski rayonunun Popovo-Lejaçi kəndi Ukrayna tərəfdən atəşə tutulub. Yerli sakin yaralanıb. Hazırda ona ilkin tibbi yardım göstərilir ", - o yazıb.
E.ŞİRİNOV