Hadisə bizdə baş verməyib. Kolumbiyada məktəblərin birində qısa geyiminə görə valideyn iclasından qovulan ana baş verənlərə etirazını bildirib.

3 uşaq anası Anne Isabel Castro məktəbdə valideyn iclasından uzaqlaşdırılmasının səbəbinin həddindən artıq açıq-saçıq geyimi olduğunu bildirib və sosial şəbəkə hesabında bu vəziyyətə üsyan edib. 

Aşağı kəsilmiş bluz və yırtılmış cins şalvar geyinərək iclasa qatılmağa çalışan Castro koronavirus qaydalarına əməl etdiyini və bunun üçün maska ​​taxdığını da bildirib. 

Tədbirdən niyə uzaqlaşdırıldığını əvvəlcə anlamadığını deyən qadın sonradan bunun paltara görə olduğunu başa düşüb.

Qeyd edək ki, Castro sosial media hesabında sözügedən geyimi paylaşaraq bunları dilə gətirib: "Evdən çıxdım və güzgüyə baxanda yaxşı geyindiyimi düşündüm. Cins şalvar və olduqca təsadüfi olduğunu düşündüyüm bir bluz geydim. Bir işçi mənə "belə gələ bilməzsən" dedi. Daha sonra müəllim eyni cümləni söylədi və dedi ki, məktəbdə qaydaları oxumalıyam. Ayrı-seçkiliyə məruz qaldığımı hiss edirəm. Çünki heç kimin başqasını mühakimə etməyə haqqı yoxdur".  

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN