Müstəntiqlər “Crocus City Hall”-da baş verən terror aktında ölənlərin 134-nün kimliyini müəyyən edə biliblər.

Bu barədə RF İstintaq Komitəsinə idarənin rəisi Aleksandr Bastrıkinin rəhbərlik etdiyi əməliyyat müşavirəsinin nəticələrinə görə məlumat verilib.

"Terror aktının qurbanlarından 134-nün şəxsiyyətini müəyyən etmək mümkün olub. Digər, hələlik şəxsiyyəti məlum olmayan qurbanlar üzərində genetik ekspertiza aparılır", - istintaq qrupunun hesabatında deyilir.

Qeyd olunur ki, faciə baş verən yerdə müstəntiqlərin, kriminalistlərin və ekspertlərin işi gecə-gündüz aparılır. Hazırda təqsirləndirilən şəxslərlə bağlı istintaq hərəkətləri aparılır.

Bu gün səhər saatlarında Rusiyanın Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi “Krokus Siti Holl”da törədilən terror aktında zərərçəkənlərin sayının 551 nəfərə yüksəldiyini bildirib.

Xatırladaq ki, “Krokus”da terror aktı martın 22-də axşam saatlarında baş verib. Dörd nəfər auditoriyaya girərək insanlara atəş açıb, daha sonra binanı yandırıblar.

Hücum edənlər və onların əlaltıları saxlanılıb, o cümlədən Tacikistanda həbslər həyata keçirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA