booked.net booked.net  

Finlandiyanın müdafiə naziri Antti Hakkianen qaçqınlarla bağlı qanun qəbul ediləcəyi təqdirdə Rusiya ilə sərhəddə keçid məntəqələrinin açıla biləcəyini etiraf edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Rusiya ilə həmsərhəd şəhərlərə səfəri zamanı bildirib.

“Yeni “qayıt qanunu” qəbul olunarsa, sərhəd sərnişin daşımalarına açıla bilər”, - deyə o bildirib.

“1-2 həftəyə parlamentə təqdim edilməlidir. Qanun ən qısa zamanda qüvvəyə minməlidir”, - deyə nazir əlavə edib.

Mayın 5-də “Helsingin Sanomat” qəzeti qaçqınlara birbaşa sərhəddə sığınacaq verilməsindən imtina etməyə imkan verən məcburi köçürmələr haqqında qanun layihəsinin parlamentə göndərilməsinin gecikdirildiyini bildirib.

Aprelin 4-də Finlandiya Nazirlər Kabineti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz gəlməsi ilə əlaqədar Rusiya Federasiyası ilə sərhəddə buraxılış məntəqələrinin qeyri-müəyyən müddətə bağlanması barədə qərar qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN