İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb.

Tezadlar.az bildirir ki, bu barədə “Mehr” xəbər verir.

Nazirlər əmin ediblər ki, faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər.

Nazirlər Kabineti həmçinin Rəisinin dövlət başçısı fəaliyyətini yüksək qiymətləndirib.

“O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millət naminə qurban verdi”, - deyə hökumət bildirib.

Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian, Şərqi Azərbaycan valisi Malek Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də təyyarə qəzasından sağ çıxa bilməyiblər.

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər ölkədəki seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN