Səhhətimizdə hansısa bir narahatlıq hiss etdikdə belə sağlamlığın həyatımızda böyük önəm daşıdığının fərqinə varırıq. Bu zaman sahib olduğu peşəni ləyaqətlə yerinə yetirən tibb işçilərinin nə qədər ülvi, müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Şəfalı əllərinə ehtiyac duyduğumuz bu sənət sahiblərinə nə qədər təşəkkür etsək, yenə də azdır. Çünki hər birimizin yarasına məlhəm, ağrısına dözüm, dərdinə şəfa verən məhz onlardır.

Məşhur cərrah M.Topçubaşov deyib ki, hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin Günəşə ehtiyacı olmaz.

...Tarixi keçmişə boylanıb qədim təbibləri xatırlayanda yadıma Hippokrat, İbn Sina, N.Tusi, Əli Cürcani, İbn Rüşd, Fərabi və bu kimi yüzlərlə müdrik insanlar düşür.  Fikirləşirəm ki, nə yaxşı onlar olub və bu gün də onların davamçıları var...

Təbabətin ardıcıl inkişafı Azərbaycan Respublikasında da ənənəvi şəkildə davam etdirilir və hazırda da bu estafet bacarıqlı əllərdədir.

Bu ənənələrin davamçılarından Z.Əliyeva, A.Budaqov, C.Abdullayev, C.Məmmədov, G.Əsgərova, Ə.Namazova, İ.Abbasova, M.Cavadzadə, E.Cəfərov, S.Əliyev, V.Qələndər, T.Əliyev, R.Hacıyev və başqalarının adını iftixar hissi ilə çəkmək olar. Onlar Azərbaycanda təbabətin inkişafına yeni cığırlar açıblar.

Hazırda haqqında söhbət açacağımız 1 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi İsmayılov Möhübbət Rasim oğlu da həmin yolun davamçılarından biridir.

M.İsmayılov 2013-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2019-2023-cü illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ), bu ildən - 2024-cü ildən 1 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim kimi çalışır. Onun şəfalı əlləri neçə-neçə xəstəyə sağlamlıq bəxş edib və edəcək. Möhübbət həkim bütün xəstələrinə xüsusi qayğı ilə yanaşır, onların sağlamlığı üçün əlindən gələn hər cür köməkliyi göstərir. Belə bacarıqlı, qabiliyyətli, işinin vurğunu olan M.İsmayılov xəstələrə xoş əhvali-ruhiyyə, yeni həyat sevincləri bəxş edir.

Mən şəfalı əlləri olan Möhübbət həkimə, eyni zamanda həmin tibb ocağının baş həkimi Rüstəm Budaqova, kordioloq-həkim Nurlana Şükürovaya və bütün tibb personalına işlərində bol-bol uğurlar və bitib-tükənməyən sevincli illər arzulayıram. Qoy həmişə onun şəfalı əlləri xəstələrə sağlamlıq bəxş etsin.

CEYHUN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN