Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.

Belə həkimlərimizdən biri də Kəngərli Dürdanə Asif qızıdır. D.Kəngərli Azərbaycan Tibb Universitetini bitirib. 1991-1992-ci illərdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinində internatura keçib. Elə həmin ildən 2002-ci ilə qədər Suraxanı rayonundakı 31 saylı Şəhər Poliklinikasında, sonra isə 43 saylı Şəhər Poliklinikasında 35 min əhaliyə tibbi xidmət göstərir. Bu işdə baş həkim Ramella Quliyevanın da əməyi danılmazdır. Təsərrüfat müdiri Kamal Mirzəyev də işinin öhdəsindən layiqincə gələn əməkdaşlardandır.

Digər aftolmoloq həkim Sevinc Məmmədova 1997-ci ildə MOM-da aftalmologiya kursu üzrə ixtisaslaşma keçib, 2000-ci illərdə Naxçıvan şəhər Göz Xəstəxanasında, 2003-cü ildən isə 43 saylı Şəhər Poliklinikasında bu günə qədər işləyir. Sevinc Məmmədovanın bildirdiyinə görə ailəlikcə həkimdirlər.

Üzərinə düşən işi layiqincə yerinə yetirən şöbə müdiri Kamilə Bayramova, Tamara Nəsibova, Sevil Səfərova və digərlərinin adlarını çəkmək olar.

Biz də öz növbəmizdə kollektivə uğurlar arzulayırıq.

Ceyhun Vaqifoğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN