Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir nəticəsində Azərbaycan Respublikasının ərazisinə gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, o, guya zərərçəkənlərə Amerika Birləşmiş Ştatlarına getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

img-20240521-wa0116

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir.

Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN