Bakıda 4 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, artıq hadisənin baş vermə səbəbi ilə bağlı bir sıra yerli KİV-də ananın övladlarını və özünü qəsdən zəhərləməsi ilə bağlı iddialar qeyd olunub.

Lakin araşdırmadan sonra əsil həqiqət üzə çıxacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN