ABŞ-ın cənub-qərbindəki Ayova ştatından güclü tornado keçməsi nəticəsində bir nəfər ölüb.

Tezadlar.az “MİR 24”-ə istinadən xəbər verir ki, üç 76 metrlik külək turbinləri dağıdıcı qasırğanın təzyiqinə tab gətirə bilməyib.

Tornadoya səbəb olan qasırğa Qrifild şəhərindəki xəstəxana binasına da ziyan vurub. Qurbanlar var, onların sayı dəqiqləşdirilməyib. Bundan başqa, külək bir neçə evin damını uçurub.

Xatırladaq ki, ötən həftə Texasda fırtına 7 nəfərin ölümünə səbəb olmuşdu. Yüz minlərlə ştat sakini işıqsız qalıb. Göydələnlərin şüşələri sındırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN