Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil şəkildə səfərbərlik elan etmək səlahiyyəti alıb.

Tezadlar.az bildirir ki, yeniliklər barədə rəsmi hökumət qəzeti “Resmi gazete”də məlumat verilir.

Dəyişikliklər “Səfərbərlik və müharibə vəziyyəti haqqında Əsasnamə”yə təsir edib. Əvvəllər müvafiq təhdidlər zamanı qismən və ya tam səfərbərlik elan etmək səlahiyyəti hökumətə məxsus idi. İndi prezident “üsyan, respublikanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə ciddi təhdid və ya müharibə” vəziyyətində rejim tətbiq edə biləcək. Söhbət həm daxili, həm də xarici təhlükələrdən gedir.

Türkiyə liderinin administrasiyası izah edib ki, dəyişikliklər qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğunlaşdırılmasına yönəlib.

Xatırladaq ki, mayın 15-də Türkiyə hakimiyyəti yüksək rütbəli polislərin hökumətə qarşı sui-qəsd təşkil etdiyini açıqlamışdı. Mayın 14-ü axşam saatlarında Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri və ədliyyə naziri ilə fövqəladə toplantı keçirib, ertəsi gün isə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya geniş açıqlama verərək, sui-qəsdin olduğunu etiraf edib və sui-qəsdçilərin qurduqları “tələləri” məhv etməklə hədələyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN