Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan köhnə əsas qanunun “sui-qəsdçilərin” iştirakı ilə yaradıldığını söyləyərək yeni konstitusiyanın hazırlanmasına çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NTV Haber məlumat yayıb.

Ərdoğan ölkənin əsas qanununa həsr olunmuş simpoziumda yeni Konstitusiya ideyasını şərh edib. Ərdoğan Türkiyədə çevrilişlər dövrünün bitdiyini, “qatillərdən və terror təşkilatlarından istifadə edən siyasi mühəndislik” günlərinin geridə qaldığını bildirib.

“Çərçivəsini sui-qəsdçilər tərəfindən yaradılan hazırkı Konstitusiyamızdan istifadə etməyə davam edə bilmərik. Hesab edirəm ki, 28-ci qanunvericilik dövründə yeni konstitusiya hazırlamaq siyasi quruluşun milli vəzifəsidir”, - Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyə hakimiyyəti “demokratiya və milli iradəyə hücuma” imkan verməyəcək. Mövcud Konstitusiya, onun fikrincə, millətin ehtiyacları və problemləri nəzərə alınmadan yaradılıb və onun müəllifləri “komromis axtarışı” ilə məşğul olmaq istəməyiblər.

“1961-ci il Konstitusiyasının millətə və milli iradəyə tətbiq etdiyi dəli gödəkçəsi 1982-ci ildə daha da sərtləşdi” - deyən Ərdoğan əsas qanunun son iki variantını xatırladıb.

Türkiyənin hazırkı Konstitusiyası respublika idarəetmə formasını təsbit edir və respublikanın demokratik, sosial-hüquqi və dünyəvi mahiyyəti ilə bağlı müddəaları, dövlət rəmzləri və paytaxtla bağlı müddəaları ehtiva edir. Konstitusiyaya bir neçə dəfə dəyişiklik edilib.

Ərdoğan mayın 20-də xalqa müraciətində bildirib ki, yeni əsas qanun Türkiyənin 85 milyon əhalisi üçün “vətəndaş konstitusiya idealının təcəssümü” ola bilər. O, gələcək nəsillərin liberal Konstitusiya ilə yaşamalı olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN