Ermənistan polisi mayın 27-də baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlamağa cəhd etdiklərinə görə saxlanılan bütün etirazçıları azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qanunun tələbinə görə, üç saatlıq inzibati həbsdən sonra hamı sərbəst buraxılıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistanda polis əməkdaşları İrəvanın mərkəzində avtomobili ilə respublikanın küçəsini kəsən “Ermənistan” müxalifət fraksiyasının üzvü Aşot Simonyanı saxlamaq üçün güc tətbiq edib.

Müxalifətin “Srbazan paykar” (“Müqəddəs mübarizə”) teleqram kanalı xatırladıb ki, qanuna görə, parlament üzvləri deputat toxunulmazlığına malikdirlər, ona görə də onlar qanunverici orqanın razılığı olmadan saxlanıla bilməzlər.

Xatırladaq ki, mayın 1-dən Ermənistanda etiraz aksiyaları keçirilir. Tavuş vilayətinin sakinləri və onlara qoşulmuş respublikanın müxtəlif bölgələrindən olan fəallar İrəvanın birtərəfli qaydada sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək qərarına, nəticədə dörd erməni kəndinin Azərbaycana keçməsinə qarşıdırlar.

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə mayın 27-də səhər tezdən Ermənistanın müxtəlif bölgələrində müntəzəm itaətsizlik aksiyaları başlayıb. Fəallar İrəvanın Əştərək şəhərinin bir hissəsində və bir neçə başqa küçədə İrana gedən dövlətlərarası avtomobil yolunu bağlayıblar.

Bundan əvvəl Ermənistan müxalifəti parlamentdə Paşinyana qarşı impiçment proseduruna başlayıb. “Vətən naminə Tavuş” hərəkatı Ermənistanın baş naziri postuna Qalstanyanın namizədliyini irəli sürüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN