Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.

Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və eyni zamanda  fəallığının artırılmasıdır.

Komitədən Tezadlar.az-a verilən məlumata görə, layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilib.

TEDx formatında Sumqayıt, Mingəçevir şəhərlərində və Masallı rayonunda təşkil olunan görüşlərdə ekspert qismində Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının rəhbəri Nigar Ələsgərova, Yüksəliş Müsabiqəsinin qalibləri Ülkər Məlikova və Nərgiz İsmayılova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova, Etika Akademiyasının rəhbəri Günel Səfərova çıxış edib.

Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB),  icra hakimiyyəti aparatının nümayəndələri də çıxış edib.

Məlumat üçün bildiririk ki, layihə çərçivəsində 19 aprel 2024-cü il tarixində Quba və Xaçmaz rayonlarında, 26 aprel 2024-cü il tarixində Gəncə şəhərində və Şəmkir rayonunda,  2 may 2024-cü il tarixində Zaqatala rayonunda, 16 may 2024-cü il tarixində Şəki şəhərində və Qax rayonunda görüşlər baş tutub.

Görüşlərdə hər şəhər və rayondan 200 nəfər olmaqla 2000 nəfər gənc qız və qadın iştirak edib.

Layihənin 2025-ci ildə də  davam etdirilməsi nəzərdə tutulub.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA