Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Sevastopolda ukraynalı agentlərin saxlanmasını əks etdirən video yayımlayıb.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, görüntülərə əsasən, agentlər şəhərin müxtəlif yerlərində saxlanılıb. Belə ki, şübhəlilərdən biri avtobus dayanacağında saxlanılıb. Digəri isə özəl sektorda avtomobil idarə edərkən saxlanılıb. Digəri isə çoxmərtəbəli binaların yaxınlığında saxlanılıb.

FTX ümumilikdə 5 nəfərin saxlanıldığını bildirib. Onlar Zaporojye vilayətində Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.

İstintaqın məlumatına görə, agentlər Rusiya Qara Dəniz Donanmasının hərbi qulluqçularına, həmçinin Krımda hərbi, nəqliyyat və enerji infrastrukturu obyektlərinə qarşı təxribat və terror aktları törətməli idilər. Üstəlik, saxlanılan şəxslər bir-birini tanımırdılar.

Terror və vətənə xəyanət maddələri ilə onları ömürlük həbs cəzası gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA