Amerika və Ukraynanın prioritetləri fərqlidir, çünki Moskva ilə münasibətlərin daha da pisləşməsindən sonra Kiyevin “itirəcək heç nəsi qalmayıb”.

“New York Times” ABŞ prezidenti Co Baydenin müşavirlərinə istinadən xəbər verir ki, Vaşinqton münaqişənin nüvə eskalasiyasından ehtiyat edir.

Anonimlik şərti ilə danışan həmsöhbətlərdən biri deyib ki, Qərb silahlarının Rusiya ərazisinin dərinliklərinə endirilməsinə qadağa “vaxt Ukraynanın tərəfində olanda” məna kəsb edirdi. İndi onun sözlərinə görə, vəziyyət dəyişib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisinə Amerika silahları ilə hücumlar etməyə icazə verib. KİV-in məlumatına görə, siyasətçi bu qərarın əleyhinə olsa da, Rusiyanın Xarkov istiqamətində hücumu ilə əlaqədar fikrini dəyişib. Daha sonra Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi aydınlıq gətirib ki, söhbət Ukrayna Silahlı Qüvvələrinə hücumları dayandırmaq üçün təchiz edilmiş silahların məqsədyönlü və məhdud istifadəsindən gedir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA