Ukrayna prezidenti Vladimir Zelenski Normandiya desantının ildönümünü qeyd etmək üçün Fransaya səfəri zamanı Emmanuel Makron və bir sıra digər rəsmi şəxslərlə görüşəcək, həmçinin ölkə parlamentində çıxış edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Le Monde” Yelisey sarayına istinadən yazır.

Mətndən məlum olur ki, iyunun 7-də Zelenskinin müttəfiq qüvvələrin Normandiyada enişinə həsr olunmuş təntənəli tədbirlərdən sonra Parisdə olacağı gözlənilir. O, Fransa prezidenti ilə yanaşı, müdafiə naziri Sebastyan Lekornu ilə də görüşəcək.

Bundan əlavə, Ukrayna lideri Fransa parlamentinin aşağı palatası qarşısında çıxış edəcək, - materialda qeyd olunur.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ administrasiyası Fransada Amerika lideri Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirəcəyini istisna etmir. Kirbi qeyd edib ki, dövlət liderləri bir yerdə olanda görüşmək imkanı tapa bilirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA