5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. Bu günün məqsədi ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı maarifləndirməni artırmaq, insanları ətraf mühitin qorunması üçün tədbirlər görməyə təşviq etməkdir.

Hər il fərqli devizlər altında müxtəlif tədbirlər, kampaniyalar və fəaliyyətlərlə qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün builki mövzusu “Bizim torpağımız. Bizim gələcəyimiz”dir.

Bu günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və mümkün qədər çox insanı bu istiqamətdə hərəkətə keçməyə sövq etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında əhali arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib və növbəti ildən həmin gün bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmağa başlayıb.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə bağlı Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub.

 Belə ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının benefisiarları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüləri Şahdağ Milli Parkının İsmayıllı bölməsinə ekskursiya edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan məlumatlandırma turunda Şahdağ Milli Parkının özünəməxsus xüsusiyyətlərindən bəhs olunub, parkın landşaft xüsusiyyətləri, biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafındakı vacib roluna diqqət çəkilib.

Ekskursiya zamanı benefisiarlar və ekokönüllülər ərazidə saxlanılan, nəsli kəsilməkdə olan nadir heyvan növlərini izləyib, iştirakçılara milli parkın flora və faunası ilə yanaşı torpaq örtüyü, relyefi barədə də məlumatlar verilib.

Məqsəd həssas qruplardan olan şəxslərin 5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar ekoloji maarifləndirmə prosesinə cəlb olunması, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı təbliğatın artırılması, iştirakçıların Azərbaycan təbiəti, biomüxtəlifliyi barədə məlumatlandırılmasıdır.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA