booked.net booked.net  

...İranın Azərbaycanlı sürücülərinin Qarabağ müharibəsində Azərbaycana dəstək vermədiklərini qoyuruq bir kənara, bəs indi niyə xəyanətkar yol tuturlar, bu artıq qəliz məsələdir...

Bunun adı və yozumu artıq yoxdur. Bunu biz demirik, erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”, - deyə Ehsan Zahidov vurğulayıb.
***
Bilə-bilə ki, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda həyatı iflic edib, Azərbaycanın əzəli və tarixi torpaqlarını işğal edib, yüzlərlə məscidləri darmadağın edib, şəhər və kəndlərimizi viran qoyub, bu müsəlman adlanan sürücülər niyə belə yol tutub, aydın deyil. Hansı ki, bu cür hərəkətlərin adı Ermənistana-işğalçıya dəstək verməkdir.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN