Ötən gün paytaxtın Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə şəhid Mehman Qənbərovun anım günü qeyd olunub.

Bu barədə TEZADLAR.AZ-a Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB-nin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova məlumat verib.                            

O, qeyd edib ki, şəhid üçün düzənlənmiş anım tədbirində məktəbin direktoru Rəna Hüseynova, müəllim və sağırd kollektivi, şəhidin ailə üzvləri, hərbçilər, şəhid ailələri, qazilər və jurnalistlər iştirak edib.

“Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, həyatlarını Vətən yolunda qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                       

Daha sonra şəhid Mehman Qənbərovun  silahdaşlari çıxış edərək Mehman Qənbərovun döyüş yolundan - qəhrəmanlığından danışdılar və onu rəhmətlə andılar.                         

Şəhidin həyat yoldaşı  Xuraman xanım çıxışında Mehman Qənbərovla qürur duyduğunu, tədbirin təşkilatçılarına və iştirakçılarına isə təşəkkürünü bildirdi.

Tədbirdə iştirak edən məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söylədilər, kompazisiya nümayiş etdirdilər.                                

Sonda məktəbin direktoru Rəna Hüseynova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi”, - deyə Təranə Alməmmədova qeyd edib.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 JASMİN 

 

a

a

a

m                           

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN