Belarusa sığınan Polşanın keçmiş hakimi Tomaş Şmidt casusluq ittihamı ilə həbsi üçün beynəlxalq orderin hazırlandığını açıqlayıb.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Bir müddət əvvəl Varşava Voyevodalığı İnzibati Məhkəməsinin ikinci şöbəsinin hakimi Tomaş Şmidt Minsk jurnalistlərinə bildirib ki, o, Polşanın Minsk və Moskva siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verir və Belarusdan siyasi sığınacaq istəyəcək. Öz növbəsində, Polşa Baş Prokurorluğu hakimə qarşı istintaqın başladığını elan edib.

Tomaş Şmidtin sözlərinə görə, onun həbsi üçün artıq beynəlxalq orderin hazırlandığı barədə məlumatı var.

“Artıq həbs qərarı var, məni casusluqda ittiham ediblər”, - dedi.

Keçmiş hakim sosial şəbəkələrdə olmasına baxmayaraq, hələ ki, rəsmi olaraq heç bir bildiriş almadığına aydınlıq gətirib.

"Mən həqiqətən öz hüquqlarımı həm milli səviyyədə, həm də beynəlxalq səviyyədə axtarmağı planlaşdırıram", - dedi.

Şmidt Polşanın məhkəmə sistemində və ədliyyə orqanlarında görkəmli vəzifələrdə çalışmış, Respublika Hakimlər Milli Şurasında hüquq şöbəsinin müdiri olmuşdur. Polşa prokurorluğu qeyd edib ki, hakimə qarşı ölkənin Cinayət Məcəlləsinin 130-cu maddəsi (xarici kəşfiyyatın maraqları naminə fəaliyyət) ilə səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN