İnterpolun Moldova nümayəndəliyinin rəhbəri Viorel Tsentiu 30 sutka həbs edilib, müvafiq qərarı Kişinyov məhkəməsi verib.

"Məhkəmə Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun Tsentiunun 30 sutka müddətinə ilkin həbs olunmasını tələb edən vəsatətini təmin etdi", - məhkəmənin saytında deyilir.

Tsentiunun vəkilləri müvəkkillərinin günahını etiraf etmədiyi üçün bu qərara etiraz edəcəklərini bildiriblər.

Tsentiu xüsusilə irimiqyaslı korrupsiyada şübhəli bilinir və onu 15 ilə qədər həbs gözləyir. O, iyunun 4-də Moldova və Fransa prokurorları tərəfindən ABŞ Federal Təhqiqat Bürosunun köməyi ilə aparılan axtarışlardan sonra saxlanılıb. İstintaq hesab edir ki, bir neçə milyon dollar məbləğində külli miqdarda rüşvət müqabilində Moldova və digər ölkələrin məmurları İnterpolun tələbi ilə beynəlxalq axtarışa verilmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsinə kömək ediblər. Moldova mətbuatının məlumatına görə, şübhəlilər siyahısında vəkillər və keçmiş ədliyyə naziri də var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA