Türkiyə ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinə görə yayda Suriyada hərbi əməliyyatlara əl ata bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr daha əvvəl bildirmişdi ki, PKK ABŞ-ın dəstəyi ilə avqustda Suriyanın nəzarəti altında olan bölgələrində yerli seçkilər keçirməyə hazırlaşır. Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yeni nəşrində Suriyada yayın “isti” olacağını bildirib.

“Əgər Türkiyə regional oyunçularla birlikdə avqustda keçiriləcək seçkiləri təxirə sala bilməsə, hərbi əməliyyat məsələsi gündəmə gələ bilər. Türkiyə hər iki varianta hazırdır”, - nəşr yazır.

Xatırladaq ki, ötən gün Türkiyənin “Gercekgundem” nəşri Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən Türkiyənin ABŞ-ın Suriyada PKK ilə bağlı fəaliyyətini izlədiyini yazıb. Bundan bir qədər əvvəl ölkədə ABŞ və partiya nümayəndələri arasında birgə təlimlər keçirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA