Ümumdünya ətraf mühit günü ilə əlaqədar 252 saylı məktəb-liseyin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, ekskursiya zamanı şagirdlərə bu günün keçirilməsinin əhəmiyyəti haqqında məlumat verilib, ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə maarifləndirici müzakirələr aparılıb.

Daha sonra şagirdər Xidmətin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzi və Hidrometeorologiya muzeyi ilə tanış olublar.

Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Eyni zamanda, məktəblilərə iqlim dəyişmələrinin ətraf mühitə təsiri, iqlim dəyişmələrinin fəsadları, erkən xəbərdarlıq sisteminin yaradılmasının vacibliyi haqqında və noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumatlar verilib.

Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanılıb, sonda müəllim və şagirdlərə hava sertifikatları təqdim edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA