Rusiya Federasiyasının Ali Məhkəməsi beynəlxalq ictimai “Anti-Rusiya separatçı hərəkatı”nı və onun struktur bölmələrini ekstremist kimi tanıyıb və onların Rusiya Federasiyası ərazisində fəaliyyətini qadağan edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“Məhkəmə Ədliyyə Nazirliyinin Anti-Rusiya Separatçı Hərəkatının ekstremist kimi tanınması və qadağan edilməsi ilə bağlı iddiasını təmin edib”, - agentliyin həmsöhbəti bildirib.

Ədliyyə Nazirliyinin iddiasına görə, qadağan olunmuş hərəkat Rusiyanın çoxmillətli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan beynəlxalq ictimai təşkilatdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA