Avropalı siyasətçilər bilərəkdən cəmiyyətdə Rusiya Federasiyası qorxusunu aşılayır və bundan öz məqsədləri üçün istifadə edirlər.

Tezadlar.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik və Müdafiə Strategiyalarının Tədqiqi və Tətbiqi Mərkəzinin (GÜVSAM) direktoru və istefada olan general Fəxri Erenel bildirib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələrinin sakinləri Rusiya prezidenti Vladimir Putinin “çox ciddi qorxusu” ilə doludur. Soyuq Müharibədən bəri bu dövlətlərin rəhbərləri öz hakimiyyətlərini gücləndirmək üçün istifadə edərək, vətəndaşlarına müvafiq qorxu aşılamağa başlayıblar.

“Avropa ölkələri icbari hərbi xidmətin tətbiqi, bu xidmətə qadınların cəlb edilməsi, düşərgələrdə gənclərə hərbi vərdişlərin öyrədilməsi və müdafiə sənayesi istehsalının artırılması ilə Rusiya Federasiyasına qarşı qorxularını artırır”, - ekspert izah edib.

Generalın dediyi kimi, bütün bunlar Ukraynaya yardımın davam etdirilməsi naminə edilir. Eyni zamanda, Erenel sonuncunu "ABŞ-ın piyonu" adlandırıb.

Sonda o vurğulayıb ki, Avropa ölkələrində qorxunun yetişdirilməsi onların liderlərinin əhalini “sülh naminə” hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyinə inandırmaq cəhdi kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, mayın 5-də Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya Federasiyasına qarşı mümkün silahlı münaqişəyə hazırlığa çağırıb. O, dəqiqləşdirib ki, hazırlıqlar 2029-cu ilə qədər başa çatdırılmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA