Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinin başlandığını elan edib.

Tezadlar.az xəbər verir ki, Rusiya və Belarus hərbçilərinin İttifaq dövlətinin suverenliyini qorumaq üçün qeyri-strateji nüvə silahlarından istifadəni işləyəcəkləri planlaşdırılır.

Birinci mərhələdə “İsgəndər” operativ-taktiki raket kompleksləri və “Kinjal” aeroballistik hipersəs raketlərindən istifadə edilib.

Bundan əvvəl Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə nüvə təlimlərinin əsas məqsədinin iki ölkənin təhlükəsizliyini təmin etmək olduğunu bəyan etmişdilər.

Rusiya Müdafiə Nazirliyi təlimlərin Qərbin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olduğunu vurğulayıb. Manevrlərin məqsədi döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığı artırmaqdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA