Kiyevin müttəfiqləri və tərəfdaşları dondurulmuş Rusiyanın suveren aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etməlidirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas sosial şəbəkələrdə bildirib.

Bundan əvvəl Estoniya prezidenti Alar Karis dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək məqsədilə istifadəyə icazə verən qanun imzalayıb.

"Nəhayət, Rusiya dəymiş ziyanı ödəməli olacaq", - Kallas deyib.

Baş nazir ümid etdiyini bildirib ki, Estoniyanın bu sahədəki fəaliyyəti “hamıya nümunə olacaq”.

Xatırladaq ki, Qərb ölkələrinin dövlət və hökumət başçıları artıq 3 ildir ki, Rusiya aktivlərinin müsadirə edilməsi məsələsini müzakirə edirlər.

Ekspertlərin fikrincə, Qərb həm Avropa maliyyə sisteminə zərbə vuracağı, həm də Moskvanın cavab addımlarından qorxduğu üçün bu addımı atmaqda tərəddüd edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN