BRİKS ölkələri dünyaya güclü siyasi alternativ təklif edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu fikri “RİA Novosti”-yə türkiyəli analitik Engin Özer bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları ilə dialoq qurmağa çağırışı bir növ manifest idi.

İyunun 14-də Putin Avrasiyada yeni təhlükəsizlik sisteminin yaradılmasına çağırıb. Belə bir təhlükəsizlik arxitekturasını yaratmaq üçün Avrasiya məkanından kənar ölkələrin hərbi mövcudluğunu məhdudlaşdırmaq lazımdır. Prezident vurğulayıb ki, Rusiya artıq MDB, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və ŞƏT kimi formatlar vasitəsilə yeni sistem məsələsini irəli sürür.

İyunun 4-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini bildirib. Vladimir Putin Fidanla görüşündə qeyd edib ki, Rusiya Türkiyənin BRİKS-ə marağını alqışlayır və ümumi problemlərin həlli istiqamətində bu ölkəyə dəstək verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN