Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi buraxılış mərasimində Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli dinləyiciləri akademik kursu bitirmələri münasibətilə təbrik edib, kursun elmi mahiyyəti, ordu quruculuğu prosesində əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, tədris müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, həmçinin xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılması, dövlət müdafiəsi və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzulardan mühazirələr oxunub, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçirilib.

Sonda məzunlara diplom və döş nişanları təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə xatirə lövhəsi vurulub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN