Dağıstan və Mahaçqalada silahlı yaraqlıların hücumlarının qurbanları müalicə olunmaq üçün xəstəxanalara yerləşdirilir.

Tezadlar.az bildirir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Telegram kanalında məlumat verilib.

“Mahaçqala və Dərbənddə baş verən hadisələrlə əlaqədar zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilir, onlara lazımi tibbi yardım göstərilir”, - deyə idarənin nümayəndələri yazıblar.

Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti əlavə edib ki, zərərçəkənlərin müalicəsi respublikanın səhiyyə naziri Tatyana Belyayevanın nəzarətindədir.

Bundan əvvəl silahlıların hücumu nəticəsində 16 nəfərin yaralandığı məlum olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN