Ukrayna lideri Vladimir Zelenski Hollandiyanın baş naziri və NATO-nun gələcək baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Tezadlar.az bildirir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

Zelenski Kiyevi dəstəklədiyinə görə Rutte və Hollandiya hökumətinə təşəkkür edib, həmçinin onu Şimali Atlantika Alyansında rəhbər vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O qeyd edib ki, Ukrayna hakimiyyəti NATO-nun baş katibi kimi Rutte ilə əlaqəni davam etdirəcək.

İyunun 26-da NATO səfirləri Hollandiyanın baş naziri Mark Rutteni yeni baş katib kimi təsdiqləyiblər. Rutte Yens Stoltenberqi əvəz edəcək. Mətbuat xidmətindən bildiriblər ki, o, 2024-cü il oktyabrın 2-dən öz səlahiyyətlərinin icrasına başlayacaq.

Stoltenberq varisi Mark Rutteni güclü lider və “əsl transatlantik” kimi xarakterizə etdi və onun Şimali Atlantika Alyansına başçı seçilməsini səmimiyyətlə alqışladığını söyləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN