Gəncə regional miqrasiya idarəsi tərəfindən Gəncə regional turizm idarəsi ilə birgə Gəncə şəhərində, Lənkəran regional miqrasiya idarəsi tərəfindən Cəlilabad şəhərində  maarifləndirmə tədbirləri keçirilib.

Miqrasiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, görüşlərdə yerli inzibati ərazi dairə nümayəndələri, bələdiyyələr, polis sahə rəisləri, idarə, müəssisə rəhbərləri, işəgötürənlər və turizm sektorunun nümayəndələri iştirak edib.

Maarifləndirmə tədbirləri “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları”, "Tənzimlənməyən  miqrasiya. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları" mövzularına həsr olunub.

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərdə olduğu yer üzrə qeydiyyat qaydaları, miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər, tənzimlənməyən miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN