Ukrayna Silahlı Qüvvələrinin Poltava vilayətindəki komandanlığının səhvi Ukraynaya baha başa gələcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “ZDF” yazır.

Məqalədə bildirilir ki, Rusiya ordusu Mirqoroddakı Ukrayna hərbi hava bazasına uğurla hücum edib. Kiyev konkret rəqəmlər verməsə də, “müəyyən itkiləri” etiraf edib.

Rusiya pilotsuz təyyarəsi hava limanı üzərindən uçmağa, hədəfləri müəyyən etməyə və qısa müddət sonra gələn raketə koordinatları ötürməyə nail olub.

Məqalədə Ukrayna aerodrom üçün qoruyucu tədbirlərin görülməməsinə görə tənqid edilib. Belə ki, Mirqoroddakı təyyarələr möhkəmləndirilmiş bunkerlərdə və ya yeraltı anbarlarda deyil, açıq havada yerləşib. Onlar hətta kamuflyaj toru ilə də örtülməyib.

“ZDF” iki illik münaqişədən sonra qalan Ukrayna döyüş təyyarələrinin hələ də heç bir qoruyucu tədbir görməməsini "təəccüblü və məyusedici" adlandırır.

Müəllif yazır ki, Ukrayna hərbi komandanlığının öz qiymətli Su-27 təyyarəsini niyə cəbhə xəttinə bu qədər yaxın yerləşdirməyə qərar verdiyini anlamaq çox çətindir. Bu hücumdan sonra Ukrayna Mirqorod hava limanının istifadəsini “bəlkə də həmişəlik” məhdudlaşdırmalı olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN