Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 6 iyul tarixində Xəzər dənizinin Neftçala və Lənkəran sahilində, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, Füzuli rayonu Əhmədbəyli kəndində, Ağcabədi rayonu Zəfər prospektində və Kəlbəcər rayonu "İstisu" adlanan ərazidə iməciliklər keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.7 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Qeyd edək ki, ümumrespublika təmizlik aksiyaları hər həftə bütün ölkə ərazisində keçirilir və bu aksiyaların keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN